SƏRMAYƏNİN MİLLİLƏŞMƏSİ
Sərmayənin
güclənməsi üçün sərmayənin milliləşməsi lazımdır, iqdisadi sabitlik ancaq bu
yolla sabitliyini qoruya bilər. Bunun üçün istehlakçı iqtisadiyyatı yox
istehsalçı iqtisadiyyatının mexanizimi sistemləşdirilməlidir. Sərmayənin milliləşməsi-
konseptual mövzudur və bütün istiqamətlərdə bu yöndə islahatlar aparılması gərəkməkdədir.
Təkminləşmənin ən fundamental amili intellektual sərmayənin güclənməsidir, yəni
insan kapitalı. Təbii ki, sərmayənin milliləşməsi bir təfəkkür işidir, milli məsuliyyətlilik
gərəktirir, Çünki düşüncə hadisənin təməlidir. İstehsal etməyən ölkə başqalarının
qurduğu gələcək üçün işləməyə məcburdur. Bu səbəbdən ölkəmizdə dövlət
sektorunda və sahibkarlıq fəalliyyətlərində azad fikirli insanlar intelektual
yeniliyi dəstəkləməli, ekonomik strategiyasını müasir dünyanın tələblərinə uyğun,
eyni zamanda milli şüurla təkminləşdirməlidir.
Sərmayənin milliləşmə strategiyası :
· Bu Milli inkişaf mexanizimi müstəmləkəçi ölkələrə qarşı iqtisadi müharibədə müdafiə qalxanı yaradır.
· Beynalxaq təcrübədən yararlanmaq və bu təcrübənin mənimsəmə prosesi icra edilən layihələrdə yerli şirkətlərin və mütəxəsislərin iştirakı mütləq şərt olmalıdır. Eyni istiqamət üzrə növbəti layihə yerli şirkətlərə verilərək yerli mütəxəssislərin bilik və təcrübəsinin təkminləşmə mexanizmi yaradılmış olacaqdır.
Misal : Ölkədə tətbiq edilməyə çalışılan yeni layihələrin
qurulması üçün bəzi hallarda xarici təşkilatların və şirkətlərin bilik və təcrübəsindən
yararlanmaq məqsədi ilə böyük layihələr xarici şirkətlərə verilir. Böyük
miqdarda məbləğlər bu istiqamətdə xərclənir, bu prosesdə yerli şirkətlərin iştirakı
ya olmur, yada fəhləlik olur.
Bu
öz-özlüyündə sərmayənin milliləşməsinə zidd bir prosesdir. Yerli şirkətlərin təcrübəsinin
artırılmasına və mütəxəssislərin inkişafına dəstək olaraq hər dövlət layihəsinin
xarici şirkətlərə verilməsi halında belə yerli şirkətlərə bilik və təcrübə
qazandıracakq bir mexanizim yaradılmalıdır və əsas şərtlərdən biri isə hər bir
layihənin yerli şirkətlərin üzərindən aparılması, hətta xarici şirkətlərə yerli
şirkətlərin baş iştirakçısı olma şərti ilə verilməlidir. Bu mexanizm yerli şirkətlərin
təcrübəsinin artmasında və mütəxəssislərin yetişməsində böyük rol oynayacaqdır.
Sərmayənin milliləşməsində aparıcı sahələrin (neft və aqrar sektor, turizm, sənayelərin
və IKT sahəsi ) brendləşməsi, bu brendlərin xarici bazarda rəqabət prosesinə
qoşulması ilə sərmayənin çölə axınının
qarşısını alıb tam əksi prosesə başlamalıyıq, xarici sərmayəni ölkəyə cəlb etməliyik.
Elvin ABBASOV
Elvin ABBASOV
Yorumlar
Yorum Gönder