Danışsam dərd olur susuram qəhər


Aramıza girmiş lal dinməz dərdlər,
Ürəklər qəmlənmiş, gözlərdə kədər,
Süzülən damcılar atəşə bənzər,
Danışsam dərd olur, susuram qəhər.

Könül bağlarımın səfası yoxdur,
Yar açan yaramın şəfası yoxdur,
Daha nə deyim ki, dahası yoxdur,
Danışsam dərd olur, susuram qəhər.

Ya Rəbbi, yazını silsən olarmı ?
Qələmin tək güclü, pozanın varmı ?
İstəsən bu dua qəbul olmazmı ?
Danışsam dərd olur, susuram qəhər.

Kamala çatmayıb hələ bir arzu,
Gör nə tez sönübdür tale ulduzu,
Qəlb yanır, ərimir bəxtimin buzu,
Danışsam dərd olur, susuram qəhər.

Elvin ABBASOV 15.09.2019 – 18:30

Yorumlar

Bu blogdaki popüler yayınlar

Mənmi günahkaram, sənmi günahkar?

Bilmirəm daha