Bilmirəm daha


Nəvaxtdır küsmüşəm özüm-özümdən,
Aynada göz-gözə gəlmirəm daha.
Bilmirəm inciyim, küsüm özümdən,
Özümlə barışa bilmirəm daha.

İçimdə sükutum, lal səssizliyim,
Üzümdən oxunur həvəssizliyim.
Quru təbəssümtək solmuş talehim,
Sönmüşəm alışa bilmirəm daha.
Özümlə barışa bilmirəm daha.

Hərkəsdən gizlənib, qaçar kimiyəm.
Qıfıla düşməyən açar kimiyəm.
Qırıq qanadlarla uçar kimiyəm,
Bəxtimlə yarışa bilmirəm daha.
Özümlə barışa bilmirəm daha.

Vəfa yox güvənim yarın sözünə,
Talehin qələmi keçib əlinə,
Sürmətək çəkibdir qara gözünə,
Yar ilə baxışa bilmirəm daha.
Özümlə barışa bilmirəm daha.

Təbəssüm eyləyir acı kədərim,
Gələnə nisbətdə ötən günlərim,
Ömür həmdəmimi tapa bilmədim,
Qaynayıb qarışa bilmirəm daha.
Özümlə barışa bilmirəm daha.

Elvin ABBASOV 13.09.2019 – 14:30

Yorumlar

Bu blogdaki popüler yayınlar

Mənmi günahkaram, sənmi günahkar?

Danışsam dərd olur susuram qəhər