Mənmi günahkaram, sənmi günahkar?
Susuram danışa, dinə bilmirəm, Aynaya baxıram, kimdi bu lal-kar ? Biz niyə ayrıldıq, niyə bilmirəm ?! Mənmi günahkaram, sənmi günahkar? Keçmişik illərin sınaqlarından, İllər yaş tək axıb yanaqlarından, Kim öpdü mən öpən dodaqlarından? Hansımız bu eşqə olduq riyakar? Mənmi günahkaram, sənmi günahkar? Biz nəyi itirdik, nəyi qazandıq? Kimdən keçəmmədik, kimdən utandıq? Kim idi o şeytan, kimə aldandıq? Hansımız bu eşqdə olduq tamahkar? Mənmi günahkaram, sənmi günahkar? Zülmət gecələrim nuruna möhtac, Bu ürək illərdir məhəbbətə ac Bəlkə daha yoxdur sənə ehtiyac? Hansımız bu eşqdə olduq cəfakar! Mənmi günahkaram, sənmi günahkar? Elvin ABBASOV 18.09.2019 21 :20